İzmirdə baş verən 6,6 ballıq zəlzələdən sonra sosial şəbəkədə təhrikedici paylaşımlar edən profilin Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən idarə edildiyi iddia edilib.
Yenicag.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, profil şəklində hicablı qadın fotosundan istifadə edən şəxsin kişi olduğu məlum olub.
Baş Polis İdarəsində aparılan araşdırma nəticəsində xalqı bir-birinə düşmən etmək üçün təhrikedici paylaşımlar edən həmən şəxsin bir çox profili olduğu məlum olub.