İzmirdə azərbaycanlı gəncin meyiti tapıldı – FOTO

Türkiyənin İzmir şəhərində dənizdən azərbaycanlı gəncin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, cəsədi sahildə balıq tutan Niyazi Öşme adlı balıqçı aşkar edərək bu barədə yerli polis məntəqəsinə məlumat verib.

29 yaşlı Rövşən Nəcəfovun cəsədi İzmir Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.