Türkiyənin qərb bölgələrində 4,9 bal gücündə zəlzələ baş verib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri İzmir şəhərindən 223 kilometr cənub-şərqdə, qeydə alınıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə əlavə məlumat verilməyib.