Türkiyənin İzmir vilayətində iki partlayış törədilib.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, İzmirin Buca rayonunda kustar üsulla hazırlanmış iki partlayıcı qurğu işə salınıb.
Partlayış səsini eşidən vətəndaşlar dərhal bu barədə polisə xəbər veriblər.
Hadisə yerinə cəlb olunan Terrorla Mübarizə Şöbəsinin əməkdaşları küçəni mühasirəyə alıblar və araşdırma aparıblar. Axtarış nəticəsində kustar üsulla hazırlanmış daha bir partlayıcı qurğu tapılıb. Minaaxtaranlar onu dərhal zərərsizləşdiriblər.
Qeyd olunur ki, partlayışlar nəticəsində xəsarət alan olmayıb.
Yenicag.az