İzmirdə meşə yanğını başladı

Türkiyənin İzmir şəhərindəki Ilıpınar məhələsindəki meşəlik ərazidə yanğın başlayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsinə 3 təyyarə, 5 helikopter, 17 su tankeri, 8 su təchizatı maşını və 3 buldozer cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.