İzmirdə meşə yanğını başladı – Helikopter cəlb edildi

İzmir meşəsində yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, bu baradə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, yanğın Berqama rayonunda meşəlik ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 helikopter, 2 təyyarə və su maşınları cəlb olunub.