İzmirdə meşə yanğını başladı, məhəllələr boşaldıldı

Türkiyənin İzmir şəhərinin Ödəmiş və Qınıq rayonlarında meşə yanğınları başlayıb.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, yanğınla bağlı dərhal tədbir görülməyə başlanılıb.

Sözügedən ərazilərə gedən avtomobil yolları bağlanılıb, Qınıqda 3 məhəllə ehtiyat tədbirləri çərçivəsində təxliyə edilib.

Yanğınsöndürmə əməliyyatına helikopter, təyyarə və çox sayda canlı qüvvə cəlb edilib, yanğının nəzarət altına alınması istiqamətində işlər görülür.