Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda meşəlik ərazidə yanğın baş verib.
Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə 6 xüsusi təyyarə və 10 helikopter, həmçinin çox sayda yanğınsöndürən avtomobil texnikası cəlb edilib.
Yanğının başvermə səbəbləri məlum deyil.