“İzmirdə zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb” – Ərdoğan

“İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”. 

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq.