Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İzmiti yerlə yeksan edən zəlzələ: 17 217 ölü, 43 959 yaralı... - Video

XX əsrin sonları Türkiyənin tarixinə qanlı hərflərlə yazıldı. 1999-cu il avqust ayının 17-də Türkiyənin İzmit şəhərində dəhşətli zəlzələ baş verdi. Bu gün həmin hadisədən 18 il keçir.

7,6 bal gücündəki zəlzələ zamanı İzmit şəhəri yerlə yeksan oldu. Rəsmi məlumatlara görə, 17 217 adam öldü, 43 959 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı. Amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyini və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi.

2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.

Yenicag.az

www.yenicag.az

423
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM