“Belə müğənni çağırarlar efirə? Mahnı da gedə-gedə reklamlar deyib, yarıda kəsirlər. Bu, hörmətsizlikdir axı? Sonra da deyirlər, efirə çağırırıq, küsüb, gəlmirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Gül kimi şou”da deyib.
Sənətçi efirlərə az-az çıxmasının səbəblərini açıqlayıb. O, aparıcılarla bağlı sərt fikirlər səsləndirib:
“Baxırsan üç saat veriliş gedir, müğənni bir dənə mahnı oxuyur. Bu müğənnini verilişə çağırmısansa, qoy oxusun də. Deyir ki, bu, tamaşaçıya maraqlı deyil. Sən tamaşaçının adından niyə danışırsan? Vallah tamaşaçıya maraqlıdır sənət. Elə bilirsiz tamaşaçıya o dəxilsiz, şəxsi söhbətlər xoşdur? Sizə elə gəlir ki, tamaşaçıya maraqlıdır. O dönəmlər bitdi-getdi. Nə qədər reklam, sponsor olar… Baxıram 15 dənə sponsor var, 20 dənə reklam gedir. 3 saatlıq verilişin saatyarımı reklama gedir. Səni də çağırıb ki, divan boş qalmasın. Sonra soruşur ki, 3 dəqiqəlik bir mahnın var, oxuyasan? Belə müğənni çağırarlar efirə? Mahnı da gedə-gedə reklamlar deyib, yarıda kəsirlər. Bu, hörmətsizlikdir axı. Sonra da deyirlər populyar müğənnilər niyə efirə gəlmir? Belə etməyin, biz də gələk. Gələk oturaq, sənətdən danışaq. Bir də görürsən sosial verilişə çağırırlar. Mən gəlim orada camaatın şəxsi həyatına niyə müdaxilə edim axı? Mən həmişə deyirəm, kiminsə haqqında söz deyəndə dön bir arxaya, keçmişinə bax, sonra danış.
Adama deyərlər, özünə elə suallar versələr xoşuna gələr? Dərhal efiri bağlatdırarsan”.
Nehru