Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"İzzət Bağırov qızımı sevir, amma düşmən olduğumuz üçün..." - Mehriban Xanlarova - Video

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova müğənni İzzət Bağırovun ssenarisi əsasında çəkilən filmdə rol alıb.

Yenicag.az-a açıqlama verən aktrisa artıq çəkilişlərin başladığını deyib:

“Ssenari olduqca maraqlıdır. Hadisələr dramatik xətlə cərəyan edir. Mən filmdə milyonçu arvadı obrazını canlandırıram. İzzət mənim qızımı sevirdi, amma düşmən olduğumuz üçün, bu evlilik baş tutmur. Təsadüfən oğlumun əlində tüfəng açılır və öz bacısını öldürür. İzzətin bu sevgisi faciə ilə bitir. Məşhur milyonçu xanımı olsam da həyat yoldaşımı sevmirəm, onunla məcburiyyətdən bir yerdə qalıram. Çünki pis adamdır və milyonlarını hara gəldi xərcləyir, pis əməlləri ilə ailəsini boğaza yığır”.

Aktrisa aldığı qonorardan da danışıb:

“Bu, İzzətlə ikinci işbirliyimizdir, onunla birgə filmə çəkilmək çox xoşdur. O, həmişə aktyorlara layiq olduğu qonorarı verib. Bu dəfə də belə oldu, Allah ondan razı qalsın”.

Qeyd edək ki, tammetrajlı bədii filmin rejissoru Samir Qulamovdur.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1303
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM