“Bu gün sənətdə zövqsüzlük baş alıb gedir. Sənətə barmaqarası baxırlar. Buna görə də istəmirəm uşaqlarım bu sənətin sahibi olsunlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni İzzət Bağırov “Özəl mətbəx” verilişində deyib.
Müğənni sənət aləmində baş alıb gedən zövqsüzlükdən gileylənib və o mahnıların efirdə təbliğ olunmasına qarşı çıxıb:
“Oxuyan da çıxır efirə, oxuya bilməyəm də. Zövqlər çox korlanıb. Telekanalların departamenti rəy verilmədən, o mahnılar yoxlanılmadan efirə verilir. İndi kompüter sistemidir, müğənni xaric oxuyur, xaric oxumağı bir yana, biabır gündə oxuyur, səs rejissoru səsi təmizləyir, fonoqramı verir müğənninin qoltuğuna. O da bu mahnıyla çıxır efirə, yutubda partladır. İndi sənətə sənət kimi baxmırlar, buna görə də istəmirəm uşaqlarım bu sənətin sahibi olsunlar”.
Nehru