Müğənni İzzət Bağırovun iştirak etdiyi şənliklərin birində dava düşməsi barədə xəbər vermişdik.
Yenicag.az xəbər verir ki, “Neolit” restoranında baş verən dava zamanı sənətçinin Elçin adlı cangüdəni məclis iştirakçılarından Aslanov Novruza küt alətlə ağır zərbələr endirib. Əldə etdiyimiz məlumata görə, cangüdən zərərçəkmişə üzərində gəzdirdiyi beşbarmaqla xəsarət yetirib. Nəticədə Aslanov kəllə-beyin travması, baş beyin silkələnməsi xəsarətlərilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti hələ də ağır olaraq qalır.
Qeyd edək ki, İzzət Bağırov məsələ ilə bağlı mətbuata açıqlamasında Elçin adlı şəxsi cangüdəni yox, köməkçisi kimi təqdim edib. Maraqlıdır, görəsən, köməkçidə beşbarmaq nə gəzirdi?!
“Görəsən, bu cinayətə görə, İzzət Bağırov məsuliyyət daşıyırmı?” sualına gəlincə, bu, cangüdəni tutan şəxsin cinayəti sifariş verib-verməməsindən asılıdır. Bu isə istintaqın gedişi zamanı bəlli olacaq.
Qeyd edək ki, Bağırovun köməkçi kimi təqdim etdiyi cangüdəni hadisədən dərhal sonra saxlanılıb.
Emin Səfərov