“21-ci yüzilliyin türk əsri olacağını deyirdilər. Biz artıq atdığımız bütün addımlarla bunu gerçəkləşdirməkdəyik”.
Yenicag.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən “Rauf Raif Denkdaş və Fazil Küçük II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
“Bu gün Avropa Birliyi olduğu kimi, Türk Birliyi də var. Biz varıq demirik, var idik. Aşıq Veysəlin dediyi kimi: “yetişmək üçün mənzilə, yürüyürük gündüz-gecə”. Hər birimiz mənzilə, birliyə yetişmək üçün yürüyürük”, – deyə deputat bildirib.
Kipr türkünün mübarizəsi ilə Azərbaycan türkünün mübarizəsinin bir-birinə bənzədiyini qeyd edən J. Əliyeva Azərbaycanın 44 günlük savaşla zəfərə imza atdığını deyərək, bu gün ölkəmizin türk cümhuriyyətləri ilə birlikdə qətiyyətli yol yürüdüyünü diqqətə çatdırıb.
Aqil Bəkir/Lefkoşa