Jandarma rəisini ailəsi ilə birgə güllələdilər

t45Türkiyənin Muş əyalətində terrorçular jandarma rəisini ailəsi ilə birgə güllələyiblər.

Terrorçular jandarma rəisi, mayor Alsan Kulaksızın avtomobilini güllələyiblər. Həmin vaxt mayorun ailəsi də avtomobildə olub.

Alsan Kulaksız aldığı yaralardan xəstəxanada vəfat edib.

Əyalətdə terrorçuların tutulması məqsədilə irimiqyaslı əməliyyat başlanılıb(trend).