AFFA-nın mərhum prezidentinin oğlu dəhşətli qəzada öldü

Sabirabad rayonunun Həşimxanlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, “Jeep” markalı minik avtomobili su kanalına aşıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Mirzəyev Anar AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur.