Gözlənilmədən vəzifədən uzaqlaşdırılan, ciddi nəzarətə götürülən və hələ də harada olduğu bilinməyən eks milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın ətrafı yenidən vəzifə eşqinə düşüb.
Belə ki, E.Mahmudov qalmaqalında kifayət qədər ciddi məsələlərdə adı çəkilən şəxslərdən biri də Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev idi. O zaman A.Hacıyevin adı Mahmudovla biznes və daha ciddi əlaqələrdə çəkilirdi.
Bu günlərdə isə vəzifəsinin yüksəldiləcəyi xəbəri yayılıb. Bildirilir ki, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev yaxın vaxtlarda icra başçılarından birinə müavini təyin olunacaq. “Onun icra başçısı olması üçün əlimdən gələni etdim. İndi isə o da məni müavin olmam üçün çalışır” deyən A.Hacıyev günlərini sayır.
A.Hacıyevin hansı rayon icra başçısına müavin təyin olunması artıq bəllidir. Sadəcə müəyyən məsələlərə görə, rayonun adını qeyd açıqlamır.
Ümumiyyətlə, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev hazırkı vəzifəsindən uzaqlaşmaq niyyətindədir. Çünki, birliydə ciddi problemlər mövcuddur. Təkcə vergi qalmaqalı A.Hacıyevi cox narahat edir…
Eldar Mahmudovla əlaqəsinə gəlincə, qeyd edək ki, vaxtilə Yasamal “JEK”ində çalışan Akif Hacıyev hər gün onun ərazisində yaşayan Eldar Mahmudovun işə gedib-gəlmə qrafikini əzbərləmişdi.
Akif Hacıyevin məqsədi səhər-axşam Eldar Mahmudova qulluq etmək, onun çantasını daşımaq idi. Hətta qonşular Akif Hacıyevin bu hərəkətlərindən xeyli “lətifə” yaratmşıdılar. Bir gün Eldar Mahmudov bu qırsaqqız adamın Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin olunması üçün tapşırıq verdi. Və bir neçə gündən sonra Akif Hacıyev Yasamal MKTB-nin rəisi oldu.
O gündən Akif Hacıyev Eldar Mahmudovun tapşırığı ilə bütün”JEK” müdirlərinə göstəriş verdi ki, ərazilərindəki “jirni” adamların siyahısını hazırlasınlar. “JEK “müdirləri danışır ki, MTN əməkdaşlarının sorğularından bezmişdik. Akif Hacıyev bizi hədələyirdi ki, sorğulara cavab verməsəniz sizi işdən qovacam. Bir sözlə “JEK”-lər MTN-nin “filial”larına çevrilmişdi. İndi isə həmin şəxs daha yüksək vəzifəyə iddialıdır.