Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskva ilə Ermənistanın paytaxtı İrəvan arasında dəmiryol əlaqəsinin yaradılmasını təklif edib.
Yenicag.az xəbər verir ki, partiya lideri bu fikrini belə əsaslandırıb: “Tiflisdən keçməklə İrəvan-Moskva qatarına minmək istərdim. Sürətli qatar olsun – 20 saata İrəvandan Moskvaya çatsın”.