BMT-nin mənzil-qərargahı Krımda yerləşməlidir.
Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə Rusiya “Liberal-demokratlar”ın lideri Vladimir Jirinovski çıxış edib.
“Krım qərargah, siyasi Məkkə ola bilər. Orada BMT-nin mənzil-qərargahını qurmaq olar. ABŞ-dan onu yığışdırmaq və Krıma köçürmək lazımdır ki, Krım həm də dünyanın bütün millətlərini birləşdirsin. Ən əsası, əlaqə rahat olacaq. Bütün mövqelər üzrə Krımın böyük gələcəyi var” – Jirinovski deyib.
Qeyd edək ki, bir müddət öncə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Krımda olub və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.