Jirinovskidən daha bir AXMAQ TƏKLİF: “5-7 il həbs cəzası…”

Rusiyalı siyasətçi növbəti dəfə özünün qeyri-adekvat təklifi ilə diqqət mərkəzinə düşüb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski COVID-19 əleyhinə peyvənd olunmayanları cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

RLDP sədri həmçinin vaksinləmə əleyhinə təbliğat aparan deputatların da həbs olunmasının zəruriliyini deyib:

“Məcburi istirahət günləri elan olunan kimi çoxu qaçır xaricə putyovka almağa. Əslində isə bu müddətdə evdə oturmaq lazımdır. Vaksinləşməyə qarşı çıxan hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir. 5-6 həbs cəzası çəksinlər. Amma indiyə kimi bir nəfər belə tutulub? Yox!”