Jirinovski verilişdə dava saldı – VİDEO

Rusiya Liberal Demokrat Partiyasının banisi və lideri Vladimir Jirinovski növbəti qalmaqalla yadda qalıb.

Yenicag.az xəbər verir ki, rusiyalı siyasətçi yerli telekanallardan birində efirə gedən “60 dəqiqə” tok-şousunda Ukraynadakı hərbi əməliyyatlarla bağlı müzakirələr zamanı yenə özündən çıxıb.

Studiyanın qonaqları ABŞ-ın Ukraynaya silah tədarük etməsini müzakirə ediblər. Bu zaman politoloq Vadim Tryuxan Jirinovskinin cavablarına sərt reaksiya verərək, onun sirk təşkil etdiyini söyləyib. O, ukraynalıları təhdid etməməyə çağırıb. Bu isə Jirinovskini özündən çıxarıb və o, Tryuxanın üzərinə hücum edib. Politoloqu müxtəlif ifadələrlə təhqir edən partiya lideri qəzəbini yatırmaq üçün əlini stola çırpıb. Tryuxan isə onun bu hərəkətlərini mümkün qədər təmkinli qarşılamağa çalışıb.

COP29