Jirinovskinin mirası: Ölmüş siyasətçinin maşınına bu qədər qiymət qoyuldu – FOTO

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) ilk sədri, ötən ilin aprelində vəfat edən Vladimir Jirinovskinin maşını satışa çıxarılıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Jirinovskinin VAZ 4X4 (“Niva”) markalı avtomobili “Avito” platformasında satışa qoyulub.

Məlumata görə, elanı yerləşdirənlər Jirinovskinin “Nivas”sı üçün 5 milyon rubl (53 min dollar) qiymət “oxuyublar”.

Qeyd olunur ki, 9 iil əvvəlin istehsalı olan “Niva” cəmi 50 min kilometr hərəkət edib. Satış elanına avtomobilin vaxtilə Jirinovskiyə məxsusluğunu təsdiqləyən sənədlər də əlavə olunub.