!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Jumbo dərəcəsi artımı” avronun ucuzlaşmasını dayandırmayacaq - PROQNOZ

!Reklam – Yazi

Avronun dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşməsi idxalı bahalaşdırır və inflyasiyanı sürətləndirir.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, avrozona iqtisadiyyatındakı zəif perspektiv və struktur problemləri avronun dollar qarşısında ucuzlaşmasına səbəb olub.

Ekspertlərə görə, Avropa Mərkəzi Bankının (AMB) yüksək faiz artımı belə avronun ucuzlaşmasının qarşısını ala bilməyəcək. Çünki faiz artımına baxmayaraq, avronun dollar qarşısında möhkəmlənməsi ehtimalı yoxdur.

Avro bölgəsindəki yüksək inflyasiya səbəbindən Mərkəzi Bank son 10 ildə ilk dəfə ötən ay faiz dərəcələrini 50 bənd artırıb. İnvestorlar sentyabrın 8-də keçiriləcək iclasda oxşar addımlar gözləsələr də, 19 üzvlü regional iqtisadiyyatda artan yaşayış xərcləri ev təsərrüfatlarına və şirkətlərə təzyiq etməkdə davam edir.

Qeyd edək ki, ötən gün “S&P Global”ın açıqladığı məlumata görə, avro bölgəsində iqtisadi aktivlik ikinci ayda azalıb.

Gülşən

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv