Jurnalist-dizayner Fuad Həsənov vəfat etdi

Jurnalist-dizayner Fuad Həsənov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. O, bu gün Bakıda dünyasını dəyişib.

1975-ci il təvəllüdlü F. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Bir müddət əvvəl insult keçirərək komaya düşüb. Bu gün müalicə aldığı xəstəxanada vəfat edib.