Jurnalist qalmaqalı naziri çətin duruma salıb – Özəl

İdmançının Fərahim İlqaroğlunu döyməsi kimin planıdır?

img1575661Günün maraq doğuran xəbəri “Yeni Müsavat” qəzetinin fotoreportyoru Fərahim İlqaroğlunu döydürən şəxsin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədova yaxın idmançı olması oldu. Məmur övladlarının onlarla cangüdən və ya idmançı dost-tanışla dolaşdıqları bilinən həqiqətdir. O idmançının Aynar Məmmədovun tapşırığı ilə yoxsa elə deputat oğlunu şərləmək üçün bu addımı atdığını istintaq müəyyən edəcək. Lakin son illərdə baş verən bir sıra cinayətlərdə idmançıların adlarının halllanması artıq ənənə şəklini almaqdadır. Yəqin ki, məsələ ilə bağlı obyektiv nəticə əldə ediləcək.  Ümumiyyətlə, insana bəzən ən böyük zərbə yaxınından gəlir. Ziya Məmmədova da rəqiblərinin vura bilmədiyi zərbələri məhz ən yaxınındakılar vurdu.

Rauf Arifoğlu: “Elton Məmmədova çoxlu suallarımız var”

“Biz özümüz Elton Məmmədovu axtarırıq, ona çoxlu suallarımız var. Amma o, “Yeni Müsavat”a danışmaqdan imtina edir. Ziya Məmmədov və onun ailəsi ilə bağlı heç bir kampaniya aparmaq niyyətimiz yoxdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deputat Elton Məmmədovun onların ailəsinə qarşı kampaniya başladılması barədə fikrinə münasibət bildirərkən deyib.   R.Arifoğlu əllərində olan məlumatları və şübhələri bölüşdüklərini bildirib: “Ortada ağır cinayət hadisəsi var. Bir jurnalistin həyatına sui-qəsd olunub. Sui-qəsdçilər tapılıb.

Belə məlum olub ki, bu, Ziya Məmmədovun çevrəsinə, ailəsinə yaxın olan idmançılardır. Aynar Məmmədovun da yaxın çevrəsində görüntülənmiş insanlardır. Bu məsələnin ictimai əhəmiyyəti o dərəcədə yüksəkdir ki, onu ictimailəşdirmək məcburiyyətində qaldıq. İstintaq davam edir, bəlkə başqa versiyalar ortalığa çıxacaq. Biz iddia etməmişik, sadəcə şübhələrimizi, əlimizdəki məlumatları bildirmişik, şəkilləri paylaşmışıq. Burada başqa məsələ yoxdur. Fərahim İlqaroğlu zərərçəkmişdir, sui-qəsdə uğrayıb. Onun müxtəlif versiyalar və şübhələr yönündə mülahizələr irəli sürmək hüququ var. 
Biz ona bu hüququ tanıyırıq. İdmançı qrupunun bu işi pulla icra etdiyi haqqında əlimizdə məlumat var. Həmin şəxslər istintaqa ifadə veriblər. Həbs olunanlar Fərahim İlqaroğlu ilə üzləşərkən özləri etiraf ediblər. Biz bu materiallar əsasında çıxış edirik. Ziya Məmmədov və onun ailəsi ilə bağlı heç bir kampaniya aparmaq niyyətimiz yoxdur. Əksinə, Bakı rayonunun icra başçılarının birindən şübhələnirdik. Ki, bu sifarişin arxasında o dura bilər. Şübhələrimiz yenə də qalır. O istiqaməti də gözləyirik. İstintaqın nəticəsindən sonra dəqiq mülahizə irəli sürüləcək”.
Qeyd edək ki, millət vəkili Elton Məmmədov “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyməyi sifariş verən Tural Bayramovun oğlu Aynar Məmmədovla əlaqəsinin olub-olmaması barədə  Teleqraf.com-a açıqlamasında deyib: “O oğlanı tanımırıq, tanımırıq, tanımırıq! Vəssalam. “Yeni Müsavat”ın yazdıqlarına şərh vermək istəmirəm, vəssalam. Bir kampaniyadır, başladıb, onlara cavab vermirik”.
Xatırladaq ki, yayılan məlumatlara görə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxs danışıb. O, jurnalistin döyülməsi barədə Tural Bayramovdan sifariş aldığını etiraf edib.   K-1 döyüş növü üzrə tanınmış idmançının  nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq etdiyi deyilir.

***

“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.
Onlar müxbirimizin də iştirak etdiyi istintaqdakı üzləşmə zamanı etiraf ediblər ki, sifarişçi Tural Bayramov Fərahim İlqaroğlunun Facebookdakı şəklini göstərərək, “bunu cəzalandırmaq lazımdır, pul da veriləcək”, deyib.
Cinayət əməlini törətməmişdən öncə T. Bayramovdan pulun bir qismini də alıblar. Tural bayramov özü də aktiv Facebook istifadəçisidir.
Tural Bayramovun özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar var. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.
Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir.
Qeyd edək ki, Tural Bayramov hələ saxlanılmayıb. Onun axtarışları davam etdirilir.
***
Musavat.com-un əməkdaşı Aynar Məmmədovun atası, Milli Məclisin üzvü Elton Məmmədovla əlaqə saxlamağa çalışıb. O, telefona cavab versə də, toplantıda olduğunu bildirib və Fərahim İlqaroğlunun döyülməsinin sifarişçisinin Aynar Məmmədovla mümkün əlaqələri barədə danışmaq istəməyib.
  • Fərahim İlqaroğlunun döyülməsi sifarişini verən Aynar Məmmədovun dostu çıxdı - FOTOLAR  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir248/img1575668.jpg' target='_blank'>Yüklə</a>






 

***

 

 

“Yeni Müsavat”a F. İlqaroğlunun döyülməsinə dair bir sıra təfsilatlar məlum olub. Belə aydın olur ki, jurnalisti bilavasitə döyən Firuz Termişi bu sifarişi Azərbaycanın tanınan bir idmançısından alıb. Həmin idmançının kimliyi hazırda istintaqa məlumdur və onun saxlanması istiqamətində proses gedir. Məsələnin maraqlı tərəfi budur ki, adını həllik çəkmədiyimiz idmançının ölkənin tanınan məmurları, deputatları ilə birgə fotoları var. Üstəlik, hazırda həmin tanınan qaydasız döyüş (K-1) idmançısı ölkənin nüfuzlu nazirlərinin birinin xidmətindədir. Həmin nazirin yaxınları və çevrəsindəki adamlarla bağlı son günlər mətbuatda skandal yazılar gedib. İddialara görə, “K-1” döyüşçüsü nazirin gənc qohumları ilə oturub-durur və onların bu cür “sifarişlərini” icra edir.
Musavat.com isə belə bir məlumat əldə edib ki, sifarişi icra edən Firuz Termisi bu iş üçün “rəis” dediyi həmin tanınan, nazirə yaxın olan döyüş ustasından jurnalisti döydüyünə görə pul alıb. Digər bir məlumatda isə iddia olunur ki, F. Termsi vəhhabidir. Bir nməlumat da dəqiqləşdirilib ki, F. Termisi bundan əvvəl Zülfüqarlı qardaşlarının yanında işləyib.
“Yeni Müsavat” irəliləyən saatlarda həmin idmançının adını, onunla şəkilləri olan məşhurların fotolarını və başqa özəl məlumatları yayacaq.
***
Bakı Şəhər Baş Polis İdarəsi jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, ötən gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub.
Hazırda polis F.İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirir.
***
 
10.20

Ötən ayın 25-də “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən ikisi yaxalanıb. Bu barədə musavat.com-a polis orqanlarından xəbər verilib. Onlardan biri – Feyruz Termişi adlı şəxs idmanşıdır, digəri isə ona dəstək verənlərdən biridir.

Əldə etdiyimiz məlumata görə, polis orqanları hələlik yaxalanan şəxslər barədə məlumat yaymayıb, ancaq gün ərzində rəsmi açıqlama ilə çıxış edə edə bilər.
Qeyri-rəsmi olaraq əldə etdiyimiz xəbərə görə,  F.İlqaroğlunu cüdo fəndləri ilə yerə yıxaraq döyən şəxs bu cinayəti ilə bağlı ziddiyyətli ifadələr verib. Lakin istintaq nəticəsində məlum olub ki, o, aldığı sifariş əsasında jurnalisti döyüb. İstintaqa isə deyib ki, özü də bilmir ki, F. İlqaroğlunu nəyə görə döyüb. Musavat.com-a Feyruza jurnalisti döyməyi sifariş verənin kimliyi məlumdur, hazırda onun yaxalanaması üçün əməliyyat aparılır. Bu səbədən də təfsilatlı məlumat yaya bilmirik.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Cahangirov APA-ya bildiirb ki, ötən gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Pişşari “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında tutulub.
Hazırda polis F.İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirir.
Onu da qeyd edək ki, əməkdaşımız həmin hücum zamanı ciddi xəsarət almışdı və bu məsələ daxili işlər nazirinin nəzarətində idi.
Cinayət hadisəsi jurnalistin avtomobilinin video-qeydedicisinə düşməsi səbəbindən, ortada aydın görünən video-çəkiliş var.
Musavat.com
Jurnalisə qarşı cinayət
  • Jurnalist Fərahim İlqaroğlunu döyən şəxslər barədə sensasional məlumatlar -  (Yenilənib)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir248/img1575600.jpg' target='_blank'>Yüklə</a>