Jurnalist taksidə GÜLLƏLƏNDİ

Meksikanın Verakrus ştatında jurnalist taksidə güllələnib.

Yenicag.az xəbər verir ki, Xalapa şəhərində “AX Noticias” qəzetinin müxbiri Pedro Pablo Kumula silahlı hücum edilib.

Digər tərəfdən, Azucar FM-də aparıcı kimi çalışan jurnalist Fransisko Hernandezdən noyabrın 20-dən bəri heç bir xəbər olmadığı bildirilir.

Amerikalararası Mətbuat Assosiasiyası (SIP) Kumulun qətlini pisləyərək, dövlətdən qətlə “dərhal və hərtərəfli” aydınlıq gətirməsini və itkin düşən Hernandezin tez bir zamanda tapılmasını tələb edib.

Argentinanın Mətbuat Azadlığı Komitəsinin sədri Karlos Cornet Meksikada jurnalistlərə qarşı cinayətlərin iki dəfə artdığını və onların əksəriyyətinin cəzasız qaldığını açıqlayıb.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) məlumatına görə, 2000-ci ildən bəri ölkədə qətlə yetirilən jurnalistlərin sayı 155-i keçib./Unikal/