Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Jurnalist təşkilatı Masallıda tədbir keçirib - FOTOLAR

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Masallı rayon İcra Hakimiyyətinin dəstəyilə Masallı şəhərində “İslam həmrəyliyinin təbliğində media ilə dini icmaların birgə əməkdaşlığına dəstək” mövzusunda tədbir keçirib.

Yenicag.Az xəbər verir ki, Masallı rayon Gənclər Evində baş tutan tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, din xadimləri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycanın tolerant ölkə olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə heç vaxt dini-etnik zəmində qarşıdurma baş verməyib.

Natiq Azərbaycanda sağlam mənəvi mühitin yaranmasında medianın özünəməxsus rol oynadığını bildirib. S.Verdizadə deyib ki, media qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişlənməsi Azərbaycan cəmiyyətinə yeni perspektivlər vəd edir.

Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, Masallı rayon Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov və başqaları çıxış edərək, vətəndaş cəmiyyəti institutları ilə dini icmalar arasında əlaqələri genişləndirməyin vacibliyini qeyd ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan hakimiyyətinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə milliliklə müasirliyin vəhdətini yaratmaq mümkün olmuşdur.

Yenicag.Az

www.yenicag.az

255
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM