!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalist təşkilatı Şamaxıda İslam sivilizasiyasını təbliğ edib – Fotolar

!Reklam – Yazi

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyilə “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda konfrans keçirib. Şamaxı Dövlət Regional Kollecində baş tutan tədbirdə yerli icra hakimiyyətinin əməkdaşları, bələdiyyə üzvləri, QHT nümayəndələri, jurnalistlər və gənclər iştirak ediblər.

Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini İsmayıl Manafov analoji tədbirlərin gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verdiyini deyib. İ.Manafov əmin olduğunu bildirib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərə, İslam ənənələrinə bağlılığı daha da gücləndirəcək.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycanın tarix boyu İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb.

Jurnalist deyib ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər heç vaxt dini və etnik ayrıseçkiliyi təbliğ etməyiblər. Natiq bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Azərbaycan mədəniyyətlətin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb.

TUMİB sədri 2017-ci ilin Prezident ilham Əliyev tərəfindən “İslam Həmrəyliyi ili” elan olunmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. Ç.Bayramov 2017-ci ildə İslam ölkələri arasında ictimai-siyasi, mədəni əlaqələrin daha da güclənəcəyinə əmin olduğunu bildirib. “2017-ci il İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bu prosesi bir qədər də sürətləndirəcək”,- deyə TUMİB sədri bildirib.

Jurnalist Səbinə Novruzzadə bildirib ki, Azərbaycan İslam aləmində özünəməxsus mövqeyə malikdir. S.Novruzzadə deyib ki, ilk Avropa Oyunlarının ardınca Bakıda İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi ölkəmizin tolerantlıq və multikilturalizm prinsiplərinə bağlılığını sübut edir. Jurnalist bu cür tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəyini vurğulayıb.

 

Yeniçağ.az

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv