!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalist təşkilatı Xaçmazda “dəyirmi masa” keçirib

!Reklam – Yazi

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Açıq hökumət quruculuğunda cəmiyyətin informasiya təminatının gücləndirilməsinə dəstək məqsədilə toplantıların təşkili, müzakirələrin aparılması” adlı layihənin icrasını davam etdirir. 

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Xaçmaz şəhərində baş tutub.

Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova təmsil etdiyi qurumun ictimai təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Y.Məsimova demokratik və hüquqi dövlət quruculuğunda qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, mətbuata münasibətdə “açıq qapı” siyasətinin həyata keçirilməsi həm də şəffaflıq mühitinin təminatı baxımdan önəmlidir.

“Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin sədri Seymur Verdizadə bildirib ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərə həssas yanaşıb, bu istiqamətdə təşəbbüs və təkliflərlə çıxış edib: “Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyimiz layihə də bir növ ideyalarımızın davamıdır. Biz istəyirik ki, cəmiyyətimiz daha demokratik, şəffaf olsun. Bunu gerçəkləşdirməyin bir yolu cəmiyyətin informasiya ilə təminatından, daha dəqiq desəm, qüsursuz təminatından keçir. Əlbəttə, zaman-zaman obyektiv və subyektiv səbəblərdən mövcud istiqamətdə çoxlu sayda problemlər yaşanıb. Artıq vəziyyətin rəvan məcraya düşdüyü bir şəraitdə belə düşünürük ki, bu sahəni diqqətsiz qoymaq olmaz”

S.Verdizadə qeyd edib ki, cəmiyyətə informasiya verilməsi prosesində əsasən iki tərəf çıxış edir: informasiya verənlər və həmin informasiyanı cəmiyyətə çatdıranlar: “Məsuliyyət eyni dərəcədə hər ikisinə aiddir. Biz istəyirik ki, məsuliyyətli tərəflərin fikirlərini öyrənək, ictimailəşdirək, problemlərin həlli yolları ilə əlaqədar təklifləri qruplaşdıraq”

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov bildirib ki, informasiya alma imkanları dövlət və ictimai institutların nə dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini tarixən əyani əks etdirib. Dünyamızın demokratikləşməyə məhkum olduğu indiki dövrdə bu, inam və etimada əsaslanan vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissələrindəndir: “Təbiidir ki, informasiyalı cəmiyyət anlamının formalaşması birbaşa medianın durumu, informasiya əldə etmə imkanları və informasiya mənbələrinin onun üzünə nə dərəcədə açıqlığı ilə sıx surətdə bağlıdır. İnsan haqlarından, demokratikləşmədən bəşəri miqyasda söhbətlərin getdiyi, müzakirələrin açıldığı bir vaxtda indi dünya dövlətlərinin əksəriyyətində söz və mətbuat azadlığının, o cümlədən ilk mənbədən məlumat alınmasının təminatına yönələn hüquqi aktlar mövcuddur. Doğrudur, mediaya bir orqanizm kimi hər yerdə eyni rakursdan baxılır: onun dəqiqlik, obyektivlik, operativlik və balans prinsipləri ictimaiyyətin müxtəlif tərzdə düşünən təbəqələrinə məxsus fikirlərin eyni məxəzdən səslənməsinə, demokratiyanın birbaşa atributlarından sayılan fikir plüralizminin təminatına xidmət etməlidir”.

www.yenicag.az

1642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv