“Reket jurnalistika ilə mübarizə gücləndirilməlidir”.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərin VII qurultayında çıxış edən deputat Aqil Abbas deyib.
Aqil Abbasın sözlərinə görə, jurnalistlərə vəsiqəni Mətbuat Şurası verməlidir.
Deputat Əli Həsənova və dövlət nümayəndələrinə də səslənərək bildirib ki, hər qəzet, sayt vəsiqə paylayır:
“Bunun qarşısı alınmalıdır. Mətbuat Şurası möhürünü vurmalıdır ki, vəsiqələrin saxtasını hazırlamaq mümkün olmasın. Bu barədə ASAN xidmətə də müraciət oluna bilər”.
Səxavət Məmməd