Jurnalist Zaur Mirzə-zadənin vəkili hüquqa zidd faktları açıqladı – Əsassız həbs olunub

Ali Məhkəmə Apellyasiya məhkəməsinin hakimi Faiq Qasımovun ədalətsiz qərarını ləğv etdi. Məlum olduğu kimi Xalq.az və Bakutime.az saytlarının baş redaktoru  Zaur Mirzə-zadə törətmədiyi əmələ görə ədalətsiz qərarla məhkum həyatı yaşayır.

Bunu jurnalistin vəkili Kamran Musayev açıqlamasında bildirib.

Vəkil Kamran Musayev qeyd edib ki Zaur Mirzə-zadə 2016-cı ildə başladılan cinayət işinə 2021-ci ildə 4 iş günü ərzində böhtan xarakterli ifadəyə görə DİN-nin müstəntiqi Abdulla Müəyyəddinovun mülahizələrlə təqsirləndirilən şəxs kimi tanıması qərəzin nümayişi idi.

Bakı Ağır Cinayətlər Məhkəməsində 7 ay davam edən məhkəmə istintaqında təkzibolunmaz sübutlarla onun günahsız olduğu aşkar olunmuş və cinayət işi ilə heç bir əlaqəsi olmaması məlum olmuşdur və Zaur Mirzə-zadəyə bəraət hökmü verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov  isə heç bir hüquqi sübut olmadan ibtidai istintaqın təhrif olunmuş faktla, müstəntiq Abdulla Müəyyəddinovun şəxsi mülahizələrini əsas götürüb, əsaslandırılmamış sübutla onu 5 il azadlıqdan məhrum edərək ədalətsiz qərar verərək qanunlarımızı pozmuşdur.

Vəkil Kamran Musayev bildirib ki, mən və Zaur verilən qərarla razı deyildik Ali Məhkəməyə əsaslandırılmış və təkzibolunmaz sübutlarla Zaurun ittiham olunduğu cinayət əməlini törətməməsini hüquqi faktlarla kassasiya şikayəti vermişdik.

Ali Məhkəmə Apellyasiya məhkəməsinin hakimi Faiq Qasımovun qərarını ləğv edərək yenidən apellyasiya baxışına göndərdi.

Ali Məhkəmənin qərarı  ilə müəyyən olundu ki, Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun ədalətsiz qərarı ilə əsl cinayət törətmiş Aygün Tarverdiyevanı DİN-nin müstəntiqi Abdulla Müəyyədinovun vəzifəsindən sui-istifadə edərək, qərəzli mövqeyi ilə cinayət işində təqsirləndirilən şəxs kimi yox şahid kimi cəlb etməsi və  məsuliyyətdən kənarda saxlanması ilə qanunlarımız kobud şəkildə pozulmuşdur.

Biz inanırıq ki, Apellyasiya baxışında əsl günahkarlar hüquqi cəzalanaraq, cəmiyyətdə cəzasızlıq prinsipinin yayılması qarşısı alınacaq və Zaur Mirzə-zadə günahsız olduğu üçün azadlığa çıxacaq deyə vəkil bildirib.

Qeyd edək ki, jurnalist  Zaur Mirzə-Zadə artıq 8 aydır ki, günahsız olduğu halda həbsdədir.