Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Jurnalistin atasının evi yarıldı: Qızıl və pul aparılıb

Tanınmış jurnalist Milli Mətbuat Günündə arzuedilməz “sürpriz”lə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, ötən gecə “Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyevin atasının Yeni Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən evindən oğurlu edilib.

Bu barədə məlumat verən Tahir Tağıyevin sözlərinə görə, oğrular hamı yatdıqdan sonra gecə saatlarında pəncərədən evə daxil olublar:

“Evdən qızıl və pul aparıblar. Qardaşımın evin həyətində saxladığı maşınını da yarıblar. Oğurluqla bağlı müraciət erdiyimiz 12-ci Polis bölməsinin əməkdaşları təhqiqat aparıblar.
Ümid edirəm ki, cinayəti törədənlər tez bir zamanda tapılıb, layiqli cəzalarını alacaqlar”.

www.yenicag.az

1682