Jurnalistin bağ evindən oğurluq edənlər saxlanıldı

Tanınmış teleaparıcı Yelena Sidorenkonun bağ evini qarət edən şəxslər saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 25-i Sabunçu rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar –  43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar.

X.Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İ.Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib.

Araşdırma aparılır.

COP29