Jurnalistin döyülməsi ilə bağlı şok faktlar

12116049_105823979773227_1693077633_ogjhkOktyabrın 1-nə keçən gecə İstanbulda tanınmış jurnalist Ahmet Hakanı vəhşicəsinə döyən şəxslərlə bağlı bəzi faktlar üzə çıxıb.

Həbs edilənlərdən 2-nin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu aydınlaşıb.

Kanal D-nin xəbərlər proqramında verilən məlumata görə, həbs edilən 4 nəfərin hamısı İstanbulun Fatih bölgəsində yaşayır və qohumdurlar. Onlardan ikisi hakim partiyanın üzvüdür.

Yaxalanan şəxslərin bir sıra cinayət əməllərinə görə əvvəllər məhkum olunduğu da bildirilir