!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistin döyülməsinin videosu yayıldı

!Reklam – Yazi

klkkjkjhBu gün səhər saatlarında “Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın qarşısında xüsusi amansızlıqla döyən və bıçaqlamaq istəyən şəxsin foto və videogörüntüləri əldə edilib.

Virtualaz.org saytı “Yeni Müsavat” qəzetinin rəhbərliyinə istinadən xəbər verir ki, hadisəni F.İlqaroğlunun avtomobilində quraşdırılmış videomüşahidə kamerası təsadüfən qeydə alıb.

Belə ki, jurnalist yaşadığı binadan çıxıb yaxınlıqda yerləşən redaksiyaya getmək üçün avtomobilini işə salanda tanımadığı şəxs onu blokun qarşısına çağırıb və heç nə demədən vurmağa başlayıb.

Daha sonra naməlum şəxs bıçaqla F.İlqaroğluna zərbə endirmək istəyəndə jurnalist qışqıraraq onun əlindən qaça və qonşuları köməyə çağıra bilib. Bu zaman hücum edən şəxs qaçaraq aradan çıxıb.

Məlum olub ki, F.İlqaroğlunun avtomobilindəki videomüşahidə kamerası təsadüfən açıq olub və jurnalistin döyülmə anını çəkib. Kadrlardan görünür ki, qırmızı gödəkçəli şəxs jurnalisti sambo fəndi ilə yerə sərir.

F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır.

Qeyd edək ki, iki gün öncə onun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı.

Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir. Məsələ ilə bağlı polisə məlumat verilib.

“Yeni Müsavat”da yerləşdirilmiş foto və videokadrlarda hücum edən şəxsin sifəti dəqiq seçilməsə də bu görüntülərə əsasən hüquq-mühafizə orqanları onun kimliyini müəyyən edə bilər.

*   *   * 13:20

“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunun hücuma məruz qalmasına Daxili İşlər Nazirliyindən münasibət bildirildi.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin aktual.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı polisə məlumat verilib: “Jurnalistin hücuma məruz qalması ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, Fərahim İlqaroğlu bu gün səhər saat 10:30 radələrində yaşadığı evin blokundan çıxarkən gözlənilməz hücuma məruz qalıb. Fərahim İlqaroğlu bildirib ki, hücum edən şəxs ona bıçaqla xəsarət yetirmək istəyib.

*   *    *

“Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğlu aprelin 25-i səhər saatlarında evinin qarşısında hücuma məruz qalıb. “Azadlıq” radiosuna müsahibəsində jurnalist ona müxtəlif bədən xəsarətləri yetirən şəxsi tanımadığını və hücumun səbəbini bilmədiyini deyib:

– Saat 10:30 radələri olardı, evdən çıxıb işə gedirdim. İşlə ev arasında haradasa 200-300 metr məsafə olar. Maşını işə salanda tanımadığım, elə mən yaşda, amma idmançı görkəmi olan bir nəfər məni blokun ağzına çağırdı və çatan kimi vurmağa başladı. Dedim ki, sən kimsən axı, tanımıram, nə məsələdir. Heç bir söz demədən vurmaqda davam edirdi. Bıçağı çıxartdı ki, vursun, qışqıraraq blokdan həyətə qaçdım, adamlardan kömək istədim. Dişlərim qırılıb, burnum sınıb. Bütün ağzım qan içində idi. Bir nəfər yoldan keçirdi, onun dalınca qaçdım ki, kömək eləsin, bu zaman həmin adam qaçıb uzaqlaşdı. Sonra polisləri çağırdım.
– Sənə hücum edən adam neçə yaşında olardı, görkləmi necə idi, necə geyinmişdi?

– Mənimlə yaşıd, bəlkə də bir az böyük olardı, amma dolu, idmançı görkəmi var idi. Əynində qırmızı gödəkcə, başında da qırmızı papaq var idi. Məni vuranda papağı gözünün üstünə basmışdı. Hiss olunurdu ki, üzünü gizlətməyə çalışırdı.

– Həmin adamı indiyə qədər haradasa görməmişdin ki?

– Birinci dəfə idi həmin şəxsi görürdüm.

– Bəlkə hansısa yazılarınla bağlı olub, elə bir ehtimalların yoxdur ki?

– Yox, belə bir yazılarım olmayıb, Bilmirəm nə məsələdir…

– İndi haradasan?

– Hücuma məruz qalandan sonra Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etdim. Xətai rayon polis idarəsinin əməkdaşları gəldi. Onlarla birgə getdik Nizami rayon polis idarəsinə. Sonra məni gətirdilər hadisə yerinə, təkrar Nizami polisinə gedirik.

– Sənə hücum olan yerdə müşahidə kameraları varmı?

– Mənə hücum olan yerdən bir qədər aralı, küçənin başında kamera var. Ola bilər ki, həmin şəxs o kameraya düşsün.

– Səni vuranda həmin şəxs bir söz demirdi ki?

– Heç bir söz demirdi. Sadəcə mən ona deyəndə ki niyə məni vurursan, mən bu binada yaşayıram, dedi nə olsun ki, yaşayırsan. Qulağıma o qədər vurmuşdu ki, onun səsini də normal eşidə bilmirdim.

İki gün öncə jurnalist Fərahim İlqaroğlunun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı. Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir.

*   *    *11:13

“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu bu gün səhər saat 10.30 radələrində gözlənilməz hücuma məruz qalıb.

Jurnalist musavat.com-a telefon açaraq, həyəcanla bildirib ki, yaşadığı evin blokundan çıxarkən (jurnalist Nizami rayonunda, redaksiyaya yaxın  binaların birində yaşayır) tanımadığı bir şəxs ona qəflətən hücum edib: “Blokdan çıxan kimi bir nəfər tanımadığım şəxs məni çağırdı. Dayandım. “Burada yaşayırsan”, deyə soruşdu. Təsdiq etdim. Qəflətən boğazımdan yapışıb, digər əli ilə vurmağa başladı. Eyni anda məni bloka doğru itələdi. Bir neçə zərbədən sonra əlini cibinə atdı. Bıçaq çıxartdı. Anladım ki, məni vuracaq. Çırpındım, əlindən çıxdım. Bu anda qonşu evindən çıxdı. Qışqırdı ki, “nə edirsən”. Həmin adam dərhal qaçdı”.

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv