Jurnalistlər binası internetsiz qaldı: “AzEurotel” şikayətlərə baxmır

Bakının Səbail rayonunda yerləşən Jurnalistlər binasında internet problemi yaşanır.

Yenicag.az xəbər verir ki, binaların internet təminatını ödəyən “AzEurotel” şirkəti mövcud problemi həll etməkdən boyun qaçırır.

Bina sakinləri Yenicag.az-a bildiriblər ki, şirkət müraciətlərinə baxmadığına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər, lakin nazirlik də məsələnin həlli istiqamətində heç bir addım atmayıb.

Görünən odur ki, nazirlik və şirkət jurnalistlər binasının internetsiz qalmasında maraqlıdır.