Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.
Yenicag.az-ın verdiyi xəbərə görə, məhkəmə hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, saat 11-də keçirilməli olan məhkəmə prosesi vaxtından əvvəl başlayıb. Polislər media nümayəndələrini qapıdan uzaqlaşdırıblar. Bildirilib ki, jurnalistlərin N.Allahverdiyevin məhkəməsinə buraxılmamasına rəhbərlikdən tapşırıq verilib.
Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda da ittiham edilir.
Elvin Paşazadə