Jurnalistlər Kəlbəcərdə mina partlayışları baş vermiş ərazidədir

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin Kəlbəcər rayonuna – dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə gəliblər.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, ərazidə jurnalistlərin müşahidəsi altında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri yerinə yetirilib.

Qeyd edək ki, jurnalistlərin Kəlbəcərə səfərinin məqsədi erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırılan ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Xatırladaq ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.