Jurnalistlər təzə mənzillərinə nə vaxt köçəcək? – Vüqar Səfərlidən açıqlama

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 2017-ci ildə dövlət başçısı tərəfindən mənzil hədiyyə edilən jurnalistlərin evlərinə nə zaman köçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, V.Səfərli “Ölkə.Az”-a açıqlamasında bildirib ki, ev alan jurnalistlərin həmin binaya köçməməsinin səbəbi sənədlərin hələ hazır olmamasıdır:

“Biz çalışırdıq ki, ev alan jurnalistlər Yeni ili öz evlərində qeyd etsinlər. Ancaq çox təəssüf ki, bunu çatdıra bilmədik. Çünki evlərlə bağlı sənədlər hələ hazır deyil. Sənədlərin hazırlanması işi isə bizdən asılı olan məsələ deyil, biz çalışırıq ki, tez həll olunsun. Ev alan jurnalistlər kimi mən də sənədlərin Yeni ilə qədər həll olunmasını istəyirdim. Bundan əvvəl də demişdim ki, biz jurnalistlərin öz evlərinə Yeni ilə qədər köçəcəyinə çalışacağıq”.

V.Səfərli “jurnalistlər Novruz bayramına qədər öz evlərinə köçə biləcək?” sualına isə belə cavab verib:

“Bu barədə mən indidən dəqiq bir söz deyə bilmərəm. Çünki bu məsələ təkcə bizdən asılı deyil. Sakinlərin həmin binaya köçməsi üçün bir neçə qurumların rəy verməsi lazımdır. Ona görə də lazım olan həmin sənədlər hazır deyil. Ancaq biz çalışacağıq ki, mənzil alan jurnalistlər Novruz bayramını öz evlərində qeyd etsinlər. Ancaq indidən dəqiq bir söz deyə bilmərəm”.

COP29