!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlər üçün Boks Kompleksinə infotur təşkil edildi

!Reklam – Yazi

14419774025025926045_1000x669Sentyabrın 11-də Strateji Araşdırmalar İnstitutunun (SAİ) təşkilatçılığı ilə bir qrup jurnalist üçün yeni istifadəyə verilmiş Boks Kompleksinə infotur təşkil edilib.

Yenicag.az  xəbər verir ki, kompleks barədə məlumat verən Boks Kompleksinin meneceri Elşən Hacıyev mərkəzin sentyabrdan aktiv fəaliyyətə başladığını söyləyib. Kompleksin 1011 nəfər tamaşaçı tutumuna malik olduğunu bildirən menecer deyib: “Burada təkcə boks yarışları deyil, eləcə də digər idman növləri üzrə yarışların keçirilməsi mümkündür. Eyni zamanda, kompleksdə 150 nəfərlik konfrans zalı var. Burada yarışlar zamanı jurnalistlərin operativ fəaliyyəti üçün hər cür şərait yaradılıb. Kompleksdə, həmçinin boks muzeyi, VİP qonaq otaqları yaradılıb. Eyni zamanda, kompleksdə məşqçilər və idmançılar üçün hazırlıq otaqları var”.

Beynəlxalq Boks Federasiyasının rəhbərliyinin də kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirdiyini söyləyən E.Hacıyev qeyd edib ki, Avropa Oyunları zamanı kompleksdə müxtəlif idman növləri üzrə məşqlər keçirilib. Onun sözlərinə görə, Bakıda keçiriləcək boks üzrə Gənclər Kuboku yarışları bu kompleksdə təşkil olunacaq.

SAİ-nin rəhbəri Ramiz Alıyev qeyd edib ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. R.Alıyev ölkəmizdə idmanın inkişafının ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olduğunu bildirərək deyib: “Prezident İlham Əliyevin idmana göstərdiyi diqqətin nəticəsidir ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunları məhz paytaxt Bakıda keçirildi”.

R.Alıyev, həmçinin qeyd edib ki, kompleksin tikilib istifadəyə verilməsi də bu idman növünə verilən qiymətin nəticəsidir. Onun sözlərinə görə, məhz bu diqqət və qayğının sayəsində Azərbaycanın adı daha mötəbər yarışlarda səslənəcək.

Daha sonra jurnalistlər Boks Kompleksi ilə tanış olublar.(azertac)

1441977402151774906_1000x669 14419774021536935318_1000x669 14419774023717964830_1000x669  14419774025025926045_1000x669

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv