!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlər üçün onlayn formatda təlimlər başladı

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər başlayıb.

Yenicag.az xəbər verir ki, “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı” mövzusunda reallaşan ilk onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən təqdim olunub.

Təlimdə müasir dövrdə mətbuatın əsas funksiyalarından bəhs olunmuş, məlumat istehsalı ilə bağlı ən yeni metodlar nümayiş etdirilmiş və xəbər emalı zamanı diqqət tələb edən məqamlara toxunulmuş, adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib.

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv