Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Jurnalistlərdən prezidentə təşəkkür

Mənzillə təmin olunan jurnalistlərin sevinclərinin həddi-hüdudu yoxdur. Bunu daha çox onların “Facebook“ səhifələrindəki paylaşımlarından hiss etmək olar.

Yenicag.az Versus.Az-a istinadən xəbər verir ki, budəfəki mənzil payından kənarda qalan jurnalistlər həmkarlarının sevincinə şərik çıxmaqla ümumi birlik ortaya qoyublar. Özlərini və dostlarını təbrik edənlərdn bir TƏBRİK jesti artıq social mediada aktivlik sərgiləməkdədir. Bir neçə paylaşımları təqdim edərək biz də Versus.Az kollektivi olaraq hər kəsi bu cür təbrik etmək istədik. Beləliklə…

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev:

“Mənə göstərilən bu diqqətə görə cənab prezidentə təşəkkür edirəm”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə:

“Cənab Prezidentə dərin təşəkkürlər! Mənzil alan bütün jurnalist həmkarlarımı ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, ev alan jurnalistlər arasında “İki sahil” qəzetinin əməkdaşları da var. Bu qiymət təkcə ev alan jurnalistlərə deyil, bütövlükdə Azərbaycan jurnalistikasına və jurnalistlərinin fəaliyyətinə verilmiş yüksək qiymətdir. Bir daha hər birinizi kollektimiz adından ürəkdən təbrik edir, möhtərəm cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Bu, jurnalistlərin kiçik əməyinə verilmiş çox böyük qiymətdir. Var olun, cənab Prezident”!

Milli.Az saytında baş redaktorun müavini Elçin Alıoğlu:

“Həmkarlarımı təbrik edirəm. Kirayələrdə qalan, əziyyət çəkən, redaksiyaya, iş başına çatmaq üçün hər gün saatlarla yol qət edən, ayın sonunda aldığı maaşı o biri ayın sonuna çatdırmaq üçün az qala Nyuton binomu həll edən rəfiqlərim arasında əminəm ki, ev alanlar çox olacaq.
Onların yerinə sevinirəm. Xeyirli, urvatlı, gözəl əməldi.
Mənzil alan hər kəsə deyirəm: Sağlıqla yaşayın, daim sevinin. Mənə sadəcə, bunu demək düşər. Hərzə danışanlara, çürükçülərə isə fikir verməyin”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

“Cənab Prezidentə “Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarını mənzillə təmin etdiyinə, bu böyük humanist aksiyada bizə də yer ayırdığına görə dərin minnətdarlığımı bildirirəm.
Dəyərli dostlarımı, uzun illərdir mənimlə çiyin-çiyinə çalışan həmkarlarım Arzu Şirinovanı, Mahir Zeynalovu və mənzil alan bütün məsləkdaşlarımı təbrik edirəm. Xeyirli-uğurlu olsun. Qapınız hər zaman xoş xəbərlərə açılsın.
Tanrı Azərbaycanı qorusun”!

“Versus” İnformasiya Agentliyinin baş redaktoru Tahirə Qafarlı:

“Versus.Az qısa müddət ərzində jurnalistlərə ev verilməsi ilə bağlı cəmiyyətin fərqli yanaşmalarını mütəmadi olaraq işıqlandırıb. Bu məsələyə münasibətdə “Jurnalistin də evi olsun”, “jurnalistin də sosial-məişət şəraiti yaxşılaşdırılsa nə olar” deyənlər də oldu, “jurnalistə ev verilməklə qələmi sındırılır” deyənlər də… Təbii ki, müstəqil qurum olaraq hər fikrə hörmətlə yanaşıb, polemika açdıq…

Bu gün jurnalistlər arasında tanıdığım mənzil alanların sevincini müşahidə etməklə bir daha əmin oldum ki, jurnalistlərə ev verilmə layihəsi dövlət tərəfindən həyata keçirilən mütərəqqi addımdır. Doğrudan da evsiz jurnalistə ev hədiyyə edilməsi savabdır, böyük hadisədir. Bu gün sevincdən ağlayan, həyəcanını gizlədə bilməyən, bütün dünyaya öz evinin dəhlizinə çıxıb bağırmaq istəyən, uzun illər kirayədə yaşamış jurnalist həmkarlarımın həyəcanını görüb mən də o duyğunu yaşadım. “Jurnalist evsiz olarsa, pis yaşayarsa başqasının dərdini daha yaxşı anlayar” deyə bir şey yoxdur. Əziz ev alan həmkarlarım, sizin sevincinizə şərik olur və bu gözəl duyğuları sizlərə yaşatdığına görə səmimi qəlbdən Prezidentə minnətdarlığımı ifadə edirəm. Bu layihə olmasaydı bəlkə də bu gün mənzil alan həmkarlarımın heç vaxt evi olmayacaqdı. “Kaş ki, bir evim olsaydı” deyən, ümidsizlənən jurnalist dostlarımı təbrik edirəm. Eviniz mübarək!

Tanınmış jurnalist Əmrah Fəqanoğlu:

“Bu gün bir daha Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmağımla, peşəkar jurnalist ixtisasına yiyələnməyimlə qürur duydum. Bitirdikləri ixtisas üzrə özlərini təsdiq etməyib, jurnalistika sahəsinə üz tutan dostlarımız hamılıqla jurnalist adlandırılmaqdan məmnunluq hissi keçirirlərmiş, xəbərim yox… Bilin ki, həmişə uğurlarınıza sevinirəm. Mənzil almağınızla bağlı bu gün eşitdiyim hər bir xəbərdən də çox sevindim. İstər ixtisaslı, istərsə də qeyri-jurnalist ixtisaslı media mənsublarına – əziz dostlarıma arzum budur ki, o mənzillərdə doğmaları ilə bərabər daim gözəl günlər, aylar, illər yaşasınlar”!

Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev:

“2010-cu ildən çalışdığım və daim qayğı, diqqət, mehribanlıq gördüyüm, güman və inam yerim olan “Xalq Cəbhəsi” qəzetinin iki əməkdaşı – Arzu Şirinova və Mahir Zeynalovun mənzillə təmin olunması məni çox sevindirdi. Hər şeyə görə dövlətimizin başçısına və rəhbərimiz, dəyərli Elçin Mirzəbəyliyə təşəkkürümü bildirirəm. Onun da bu gün necə sevinc içində olduğunu gördüm. Mənzil alanlardan, bizdən daha çox sevinirdi. Var olun, Elçin bəy. Nə yaxşı ki, varsınız”.

APA-dan baş direktor Nurşən Quliyev:

“Adamın uzun illər çəkdiyi zəhmətini qiymətləndirəndə əziyyətinin hədər getmədiyini, ömrünü havayı yaşamadığını anlayır. Əməyimizi qiymətləndirən dövlətimizə, dövlət başçısına təşəkkür edirəm. Mənzil almağıma görə sevinən, məni təbrik edən bütün dostlarıma təşəkkürlər! Ev almış bütün həmkarlarımı isə mən də ürəkdən təbrik edirəm. Qalanlara da qismət olsun!!!”

“Azadinform”-un jurnalisti Nigar İsfəndiyar:

“Ailəmin, eləcə də dostlarımızın bu günkü sevincini görmək hər şeyə dəyər. Bizə bu günü yaşadan dövlətimə və rəhbərliyə təşəkkür edirəm. Əhdim var, eyvandan bayraq asacam. Nə hiss elədiyimi sözlə ifadə edə bilmirəm.
Obyektiv yanaşma üçün məsul olanlara minnətdaram. Bir sözlə, mən sevinirəm və özüm kimi sevinən həmkarlarımı da təbrik edirəm!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan dövləti!”

“Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı:

“Öz adımdan və ailəm adından Cənab Prezident İlham Əliyevə və ev məsələsində bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Şükürlər olsun ki, onların sayəsində bizim də öz evimiz oldu. Jurnalist və vətəndaş olaraq daim xalqıma, millətimə, dövlətimə xidmət etməyə davam…
Təbrik edən bütün dostlara, yoldaşlara təşəkkür edirəm.!”

Milli.az internet portalının baş redaktoru Anar İmanov:

“Kütləvi İnformasiya Vasitələrinə verilən dəstəyə görə, jurnalistikanın inkişafına yönələn addımlara görə, fəaliyyətimə verilən qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə təşəkkürümü bildirirəm! Bu işdə əməyi keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm.
Mənzil alan bütün jurnalist dostlarımı, həmkarlarımı, iş yoldaşlarımı təbrik edirəm. Sağlıqla yaşayın. Yeni evləriniz xeyirli olsun. Millətimizə, dövlətimizə, ailələrinə yeni evləri xeyir-bərəkət gətirsin. Ev arzusunda olan digər həmkarlarıma da növbəti binadan ev arzulayıram”.

APA-nın redaktoru Gülşən Hacıyeva:

“Böyük qürur hissi keçirdim. Bu hissi mənə yaşadan cənab Prezidentə təşəkkür edirəm!
Aparılan obyektiv və ədalətli seçim üçün zəhmət çəkən hər kəsə sonsuz təşəkkürlər!
Ev alan bütün həmkarlarımızı təbrik edirəm.

Təşəkkürlər, cənab prezident!”

“Vətəninfo.az” İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı:

“Jurnalistlər üçün tikilən ikinci yaşayış binasından ev alan jurnalistlərin siyahısında mənim də adım var. Cənab prezidentimizə şəxsən öz adımdan, ev alan jurnalistlərimizin adından dərin təşəkkürümü bildirirəm.
Bir daha əmin oldum ki, prezidentimiz biz yazarlardan, qələm əhlindən diqqət və qayğısını əsirgəmir, daim jurnalistlərin sosial qayğıları, yaşayışı ilə yaxından maraqlanır.
Bəli, biz jurnalistlər hörmətli Prezidentimiz İlham Əliyevin maddi-mənəvi dəstəyini üzərimizdə hiss edirik. Elə bunun nəticəsidir ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində ilk dəfə olaraq ölkəmizdə 2012-ci ildə məhz jurnalistlərin sosial-məişət qayğılarının yaxşılaşdırılması baxımından mühüm addım atıldı – Bakı şəhəri Səbayil rayonunun Bibi-Heybət qəsəbəsində inşa olunan 156 mənzilli bina jurnalistlərin ixtiyarına verildi. Bu gözəl missiyanın davamı olaraq bu il də 256 mənzilli bina biz qələm əhlinə hədiyyə edildi.
İnanıram ki, cənab prezidentimizin təşəbbüsü və dəstəyi ilə başlanan bu xeyirxah missiya növbəti illərdə də davam etdiriləcək.
Bir daha prezidentimizə təşəkkür edirəm. Var olun, cənab Prezident!”

“Cebhe.info” xəbər portalının directoru Rəfail Becanov:

“Mənzil verilən bütün media mənsublarını ürəkdən təbrik edirəm! Onların arasında çoxdan, hələ hərəkat dövründən tanıdığım, qələminə, şəxsiyyətinə hörmət etdiyim imzaları da görməkdən çox məmnun oldum.
Xeyirli olsun!”

“Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı:

“Əziz dostlar! Bu gün jurnalistlər evində mənzil alanların arasında mən də varam. Bu böyük hədiyyəyə görə hörmətli prezidentimiz cənab İlham Əliyevə ailəm adından təşəkkür edirəm”.

Versus İnformasiya Agentliyinin redaktoru Arzu Zeynallı:

“Dövlətin verdiyi mənzilləri peşəsindən asılı olmayaraq ömrünü jurnalistikaya bağlayan hər kəs hak edir. Lütfən onların arxivini araşdırmadan sadəcə xeir-dua verin. Ağzınızdan yalnız təbriklər, xoş sözlər çıxsın. Ola bilər kimlərinsə evi olsa da ona da bu mənzildən pay düşsün, amma bu o demək deyil ki, dövlət onu dəyərləndirməməldir. Niyə də jurnalistikanın keçməkeşli yollarını qət edərək burayadək gələnlərə ev düşməməlidir? Bir sözlə, hər kəsin haqqıdır və əldə edənin də halalıdır. Əgər sən, ya elə mən bu gün bu paydan kənarda qalmışıqsa, mən öz adımdan deyirəm, almaq üçün heç cəhd də etmədim. Ən əsası da bilirsiniz nədir?
MƏN EV YOX, AVTOMOBİL İSTƏYİRƏM! Təbii ki, bu bir zarafatdır.
Bir daha mənzillə təmin olunan bütün həmkarlarımı səmimi qəlbdən təbrik edirəm. Əsas odur ki, jurnalist üçün ən ağrılı bir problemdən – evsizlikdən yox ha, diqqətsizlikdən – xilas olduq.”

“Yenicag.az” xəbər portalının baş redaktoru Aqil Ələsgərli:

“Həsrətlə gözlədiyimiz xəbərin doğurduğu böyük sevinc hissimizi bölüşən hər bir dostumuza təşəkkür edirəm. Bu sevincli xəbərə ən az mənim qədər sevinən Yenicag ailəsi, var ol! Bu sevincli xəbəri eşitməyi gələcəkdə haqqı olan hər bir jurnalistə qismət olmasını arzu edirəm. Bir daha bu işi ədalətli şəkildə həyata keçirən hər bir səlahiyyətli şəxsə təşəkkür edirəm. Bu, sözlə izahı mümkün olmayan sevinci bizə bəxş etdiyi üçün MƏNİM PREZİDENTİM İLHAM HEYDƏROĞLUna bir daha təşəkkür edirəm!”.

“Palitra” qəzetinin jurnalisti Nigar Abdullayeva:

“Mənim üçün dünyada ən böyük problemlərdən biri bəlkə də insanın öz evinin olmamasıdır. Nəhayət, səbirsizliklə gözlədiyim o gün gəldi və mənə də çalışdığım qəzetdən ev almaq nəsib oldu. Bu problemin həllində mənə dəstək olan, əməyimi qiymətləndirən cənab Prezidentimizə öz təşəkkürümü bildirirəm. Əməyi keçən hər kəsə çox sağ ol deyirəm”.

“Lider Xəbər” Departamentinin prodüser və redaktoru Elnarə Dərziyeva:

“Ötən il televiziyanın yaranmasının 60 illiyi ilə əlaqədar Əməkdar Jurnalist, bu il isə mənzil sevinci! Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident! Mənim jurnalistikaya gəlməyimin 20 illik yubileyinə bundan gözəl hədiyyə ola bilməzdi. Başda Lider Televiziyasının rəhbəri olmaqla bu işdə əməyi olan, mənim bu sahədəki fəaliyyətimə yüksək dəyər verən hər kəsə minnətdaram! Bu gün mənimlə eyni sevinci yaşayan həmkarlarımı, iş yoldaşlarımı ürəkdən təbrik edirəm! Ev arzusunda olan digər jurnalistlərə, buna haqqı çatan yaxınlarıma da belə bir gün arzulayıram!”

“Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir İsmayılov:

“Düz 4 il əvvəl olduğu kimi bu gün də Azərbaycanın jurnalist camiəsi sevinc dolu xoş hisslər yaşayır. Təbii ki, bu xoş hissləri biz jurnalistlərə yaşadan KİV-ə göstərdiyi diqqət və qayğı ilə imzaladığı Fərman və sərəncamlarla JURNALİSTLƏRİN DOSTU olduğunu dəfələrlə sübut edən cənab Prezident İlham Əliyevdir. Məhz cənab Prezidentin diqqət və qayğısı sayəsində 2013-cü ildə 156, bu gün isə 255 jurnalistin evsizlik probleminə son qoyuldu. Bu gün ev alan həmkaralarımızı – gələcək qonşularımızı təbrik edir, jurnalistlərə bu xoşbəxtliyi yaşadan dövlət başçımıza dərindən minnətdarlıq edirəm. TƏŞƏKKÜRLƏR CƏNAB PREZİDENT!”

“Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova:

“Bu gündən kirayə qalmağa əlvida dedim! Bu sevinci mənə, ailəmə, balalarıma yaşatdığınız üçün var olun cənab Prezident İlham Əliyev! Dualarını əskik etməyən, bu gün sevincimə şərik olan dostlarıma, “Xalq Cəbhəsi”nin rəhbərliyinə minnətdaram! Mənzil alan bütün həmkarlarımı təbrik edirəm, almayanlara da bu sevinci yaşamağı arzulayıram!”

“Publika.az” saytının jurnalisti Asif Nərimanlı:

“Çox gözəl hissdir. Allah hər kəsə qismət etsin. Ev verilən 255 həmkarımın arasında mənim də adımın olduguna görə, başda Prezidentə, həmçinin, bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm!”

Müstəqil jurnalist Elçin Bayramlı:

“20 il ərzində milli dövlətçiliyimizə və xalqımıza təmənna güdmədən xidmət etmişik və bunu qiymətləndirdilər. Başda prezidentin köməkçisi Əli Həsənov cənabları olmaqla bu prosesi ləyaqətlə, ədalətlə, son dərəcə obyektiv şəkildə aparanlara təşəkkür edirəm. Mənzil alanların hamısı haqqı və ehtiyacı olanlardır. Qalan həmkarlarımızın da növbəti binada təmin olunacağına əminəm”.

Yenicag.az

www.yenicag.az

797
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM