!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Jurnalistlərin akkreditasiyasına ehtiyac yoxdur” – MSK sədri

!Reklam – Yazi

mezahirpenahov13Kütləvi İnformasiya Vasitələrinin (KİV) seçkilərdə rolu və yeri çox vacibdir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər, seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışında deyib. O, bildirib ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas vermək olmaz: “Biz həmişə yerli mətbuat, o cümlədən xarici mətbuat nümayəndələri ilə çalışmışıq. Çalışmışıq ki, onlar tədbirlərimizdə yaxından iştirak etsin. Çünki KİV-lərin seçkilərdə rolu və yeri çox vacibdir. Mətbuat nümayəndələri elə insanlardır ki, onların seçkiləri müşahidə etməsi üçün haradasa akkreditasiya keçməsinə ehtiyac yoxdur. Onların vəsiqələri prosesdə əvvəldən axıra kimi iştirak etməyə imkan verir”.

Sədr 1700-dən artıq insanın namizədlik üçün müraciət etdiyinə də qeyd edib.

***

Azərbaycan Respublikası Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Azərbaycan Milli Məclisinə seçkilər, seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilir.

 

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov və Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də iştirak edir.

Seminar-müşavirədə “Seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, həmçinin “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda məruzələr olacaq.

Tədbirdə ölkənin tanınmış mətbuat orqanlarının baş redaktorları və nümayəndələri iştirak edir(aznews).

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv