“Jurnalistlərin binası”ndan azyaşlı yıxılaraq öldü

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesi 32 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Səbail rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.