Jurnalistlərin binasının ətrafı narkoman yuvasına çevrilib.
Yenicag.az xəbər verir ki, bu barədə Lent.az-a binanın sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, əsasən də axşam saatlarında sərxoşlar, narkomanlar binanın həyətindəki “besetka”ya toplaşırlar. Sakinlər bunun uşaqlar və xanımlar üçün təhlükəli olduqlarını bildirir.
Həmçinin avtomobil sahiblərinə oğurluqlarla bağlı ehtiyatlı olmaları tövsiyə edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı məlumatlı olduqları bildirilib:
“Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.