!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlərin cəzalandırılmasında TENDENSİYA: "Problemlər varsa, hansı formada işıqlandırılmalıdır?" - JuHi sədri

!Reklam – Yazi

“Qanunvericilik hərbi məsələləri qoruyur deyə tabu qoymaq da olmaz. Orduda müəyyən çatışmazlıqlar var, bu işıqlandırmalıdır ki, problem bir daha yaşanmasın”.

Bunu prezident İlham Əliyevin mətbuatın ictimai nəzarəti həyata keçirməsi ilə bağlı səsləndirdiyi fikirlərə baxmayaraq, bəzi jurnalistlərin cəzalandırılmasına münasibət bildirən Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHi) sədri Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.

Müşfiq Ələsgərli bildirib ki, jurnalistlərin cəzalandırılmasının tendensiya kimi başlaması yaxşı hal deyil:

“Jurnalistlərin cərimələnməsi adekvat olmalıdır. Bundan əlavə, bəzi məsələlər var ki, ona aydınlıq gətirilməlidir. Misal üçün, hərbi sahədən yazmaqla bağlı. Həqiqətən də, hərbi məsələlər dövlət sirri qrupuna daxildir, dövlət sirri haqqında qanunla qorunur. Hərbdə problemlər varsa, o hansı formada işıqlandırılmalıdır? Buna müəyyən bir aydınlıq gətirilməlidir. Təklif edirəm ki, bu məsələlərlə bağlı seminarlar keçirilsin və mövzuya necə toxunmaq lazım olduğu müəyyən edilsin. İlk dəfə pozuntu edən şəxslərə ən sərt yox, müəyyən yanaşmalar olmalıdır, həmin şəxslərlə danışıqlar aparılmalıdır. Əslində cəzalandırılmalar kütləvi deyil. Normal fəaliyyəti olan, peşəkar KİV qurumunda çalışan və peşəkar jurnalistlərə yanaşma fərqli olmalıdır. Ümumiyyətlə, qanunda boşluqlar var. Hərb məsələləri dövlət sirri haqqında qanunla qorunur, ancaq orduda da müəyyən çatışmazlıqlar var. Jurnalist burada necə hərəkət etməlidir, məsələni necə işıqlandırmalıdır ki, həm qanunvericiliyin tələblərini qorumuş olsun, həm də problemləri açıq göstərə bilsin ki, həmin problemlər təkrar olunmasın. Bu yöndə çatışmazlıqlar var, bununla bağlı konfranslar keçirilməlidir, ekspertlər, hüquqşünaslar orada iştirak edib, fikirlər bildirməlidir ki, bu məsələlər gələcəkdə necə tənzimlənsin”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHi) sədri qeyd edib ki, prezident İlham Əliyev media ilə bağlı fikirlərində səmimidir:

“İlk dəfə deyil ki, bu yöndə fikirlər səsləndirir. Prezident həmişə deyib ki, media ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Bu təkcə şüar, tezis deyil, bunu prezidentin gündəlik addımlarında görürük. Diqqət yetirsək görərik ki, özü həm yerli, həm xarici KİV-lərə müsahibə verir. Mediada, sosial şəbəkədə trendə çevrilən istənilən məsələ dərhal dövlət qurumları tərəfindən diqqətə alınır və ona reaksiya verilir. Söhbət onda deyil ki, problem aradan qaldırılır, ən azı reaksiya verilir. Bunu da təbii ki, özləri etmirlər, bu prezidentin tapşırığıdır.

Azərbaycanda medianın inkişafına dair çoxsaylı proqramlar həyata keçirilir. Postsovet məkanında medianın inkişafına ən çox proqramlar həsr edən dövlət Azərbaycandır. Postsovet məkanında ilk dəfə medianın inkişafına dövlət konsepsiyası hazırlanıb, fond, agentlik yaradılıb. Bu onu göstərir ki, prezident İlham Əliyev medianın azad şəkildə fəaliyyət göstərməsində maraqlıdır və bunu əməli addımları ilə həyata keçirir”.

Səxavət Məmməd

www.yenicag.az

750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv