!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Jurnalistlərin təhlükəsizliyi diqqət mərkəzindədir” - Əflatun Amaşov

!Reklam – Yazi

“VI qurultaydan ötən müddət mediaya dövlət dəstəyi baxımından uğurlu olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik”.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Jurnalistlərinin VII qurultayında hesabat məruzəsi ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ötən qurultaydan keçən müddət ərzində Mətbuat Şurasına 3145 şikayət daxil olub:

“Müraciətlərdən 2213 şikayət həllini tapıb, 932-ı ilə bağlı razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndəliklərinə etinasızlıqla bağlı xəbərdarıq edilib”.

Ə.Amaşov qeyd edib ki, Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir:

“Biz bu şikayətlərin olmamasıni istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necədir onu anlamırıq. Şuraya qarşı fikirlər səsləndirənlər bizi jurnalistlərə qarşı olmaq, dövlətin tərəfini saxlamaqda ittiham edirlər. Lakin Şuraya müraciətlərin 70 faizindən çoxunda jurnalistlər haqlı görülüb. Əlbəttə, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir. Lakin müasir dövr medianın reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir: “Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də bu dəstək olmalıdır”.

Şura sədri Mətbuat Şurasının tənqid olunması məsələsinə də toxunub:

“Şuranı tənqid edənlər iddia edirlər ki, Mətbuat Şurası daha çox dövlət məmurlar müdafiə edir, jurnalistlərə qarşı cəbhə açırlar. Bu, yalandır. Son 15 ildə jurnalistlərin əksər problemləri həll olunub. Mediaya dövlət dəstək verir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib. Redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Media reklam bazarını genişləndirməlidir”.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası Prezident, parlament, bələdiyyə seçkilərində jurnalistlərinin fəaliyyətinin monitorinqini aparıb: “Bununla əlaqədar Mətbuat Şurasında “qaynar xətt” yaradılıb, fəaliyyət göstərilib. Kütləvi aksiyalar zamanı da jurnalistlərin təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb”.

Şura sədri qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: “Bu, humanist addım olar”.

www.yenicag.az

2241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv