Jurnalistlərin VIII qurultayı: MŞ-nin yeni İdarə Heyəti bəlli oldu / YENİLƏNDİ 8

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Yenicag.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

1. Rəşad Məcid

2. Vüsalə Mahirqızı

3. Hacıbəy Heydərli

4. Rauf Arifoğlu

5. Alqış Musayev

6. Niyaz Niftiyev

7. Aydın Quliyev

8. Azər Həsrət

9. Elşad Eyvazlı

10. Aqil Ələsgər

11. Elçin Mirzəbəyli

12. Vüqar Rəhimzadə

13. Akif Aşırlı

14. Səadət Məmmədova

MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:

15. Əflatun Amaşov

16. Qulu Məhərrəmli

17. Vüqar Zifəroğlu

18. Bəhruz Məmmədzadə

19. Yadigar Məmmədli

20. Ceyhun Musaoğlu

21. Umud Mirzəyev

22. Müşfiq Ələsgərli

23. Fərid Pərdəşünas

*** 15:24

Bu gün Mətbuat Şurasının VIII qurultayı keçirilib.

Yenicag.az xəbər verir ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinin, Nəzarət-təftiş komissiyasının və Mətbuat Şurasının sədrinin seçilməsi nəzərdə tutulur.

Səsvermə yolu ilə Mətbuat Şurasının sədri vəzifəsinə Rəşad Məcid seçilib.

*** 15:20

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Yenicag.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də İdarə Heyətinə seçilib.

***

13:47

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.

***

12:24

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

***

11:32

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsi təklif edilir.

Yenicag.az xəbər verir ki, bu təkliflə jurnalist Tapdıq Abbas Azərbaycan jurnalistlərinin VIII qurultayında çıxış edib

O təklif edib ki, Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin:

“Yeni tərkibə gənclər seçilməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, MŞ tipində qurumlarda ağsaqqal tipli insanlar təmsil olunmalıdır:

“Burada həmçinin gənclər də təmsil olunmalıdır. Yenilər gəlsin, köhnələr qalsın demək düzgün deyil”.

Jurnalist Fərid Şahbazlı isə bildirib ki, Mətbuat Şurasında yeni ruha ehtiyac var:

“İndiyədək Mətbuat Şurasının gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Zəfər çalan ölkənin yeni çağırışlara cavab verən Mətbuat Şurası olmalıdır”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında şuranın tərkibinin gəncləşməli olduğunu bildirib, qazi jurnalistlərin İH-yə seçilməsi üçün onlara səs verilməsini xahiş edib.

***

10:24

Mətbuat Şurasının VIII qurultayında nümayəndələr say komissiyasının 7 nəfərdən ibarət olmasına qarşı çıxıblar.

Təklif səsə qoyulub və say komissiyasına 2 nəfər – Ruslan Bəşirli və Şöhrət Eldəniz də əlavə edilib.

***

10:24

Mətbuat Şurasının VIII qurultayında prezident İlham Əliyevə müraciət səsləndirilib.

***

10:06

Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.