Jurnalistlərin yaşadığı binada qaz verilişi dayandırılıb

“Jurnalistlər evi-2″də qaz problemi yaşanır.

Yenicag.az xəbər verir ki, iki gündür 255 mənzillik binaya qaz verilişi dayandırılıb.

İlkin etimal kimi, buna səbəb Bayıldakı sürüşmənin aktiv mərhələyə keçməsi ilə bağlı həyata keçirilən preventiv tədbirlər olması düşünülüb. Ancaq sonra məlum olub ki, qonşu binanın qaz təminatı qaydasındadır.

Bundan sonra bina sakini jurnalistlər problemin qaynağını taparaq, problem binanın həyətindəki qazpaylayıcı qurğuda olmasını aşkarlayıb.

Belə ki, qurğu xarab olub. Binanın komendantı Bünyamin İsmayılov da qaz verilişinin kəsilməsinin səbəbinin qazpaylayıcı qurğuya görə olduğunu deyib və əlavə edib ki, bu barədə səlahiyyətli dövlət qurumuna – “Azərqaz”a məlumat versə də, onlar gəlib nasazlığı aradan qaldırmayıblar.

Daha sonra “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə də əlaqə saxlanılsa da ondan da müsbət nəticə almaq mümkün olmayıb.

Bina sakinləri son çarə kimi ölkə rəhbərliyinə müraciət edib./Musavat.com/

COP29